01 May 2025 13:43
349
SİYASƏT

Tatevikin "Netanyahu və Ərdoğanın Bakı səfəri" təlaşı:"Qarşıda bizi..." 

Xəbər vermişdik ki, İsrail Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya səfər edəcək. Məlumata görə, İsrail baş nazirinin Bakıya səfəri mayın 11-dək davam edəcək.

Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev, hökumət üzvləri və yəhudi icmasının liderləri ilə görüşəcək.


Adalet.az xəbər verir ki, Pezeşkianın Bakıya səfərindən sonra bu xəbər də ermənilərə pis təsir edib. Beləki, Azərbaycanşünas alim, siayi icmalçı  Tatevik Ayrapetyan bu narahatçılığı ifadə edənlərdən biri olaraq açıqlama verib:"Etiraf edin ki, Netanyahunun Bakı səfərinin müddəti səfər üçün qeyri-adi uzun müddətdir. İndi daha bir diqqətçəkən məqam: Türkiyə prezidenti Ərdoğanın mayın 10-da Bakıya səfəri planlaşdırılır. Yəni İsrailin baş nazirinin Bakıda olacağı vaxtda. Aydındır ki, burada görüş və danışıqlar planlaşdırılır, əsas mövzu Suriya və ümumilikdə Yaxın Şərq olacaq. Üstəlik, Türkiyə tərəfi Netanyahunun Bakıya çatması üçün ona öz hava məkanını açır.

Digər diqqətçəkən fakt isə Rusiya tərəfinin bildirdiyinə görə, mayın 9-da Əliyev Moskvaya da səfər edəcək. Azərbaycan tərəfi bununla bağlı heç bir rəsmi açıqlama verməyib.

Və bütün bunlarla yanaşı, İran xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə gələn həftə Bakıya səfər edir.

Bir sözlə, maraq və əhəmiyyət kəsb edən hadisələrlə dolu on günlük bir dövrü səbirsizliklə gözləyirik".


Beləliklə, regionun qüdrətli dövlətlərinin Bakıya axışması ayrapetyanları bərk narahar edir, məyusluq ortada...


Əntiqə Rəşid