Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 3-də, saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və Yevlax rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
31 Mart 2026 12:53
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" dəyişdi
31 Mart 2026 12:45
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edildi
31 Mart 2026 12:13
İrandan Azərbaycana neçə nəfər təxliyə olunub?
31 Mart 2026 11:12


Bakı -°C

