Baş prokurorun köməkçisi təqaüdə göndərildi

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub.
Baş Prokurorluqdan Adalet.az-a verilən xəbərə görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.
Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.
Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.
Digər Xəbərlər

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə bəzi zərərçəkənlərlə barışıq əldə olunub

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verdi

"Mənə dedi ki, masanın üstündəki qələmi götürərsən" - Fransaya casusluqla bağlı yeni faktlar

Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Baş Prokurorluqdan bu şirkətlərlə bağlı MÜRACİƏT

Bakıda errməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
