Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izlədi
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.
Bu barədə Adalet.az-a MN-dən bildirilib.
Verilən məlumata görə, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib.
General-polkovnik K.Vəliyev təlimin gedişatını müsbət qiymətləndirib, bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin, keyfiyyətinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
Digər Xəbərlər
26 Oktyabr 2026 19:39
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
26 Oktyabr 2026 18:22
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
26 Oktyabr 2026 17:45
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
26 Oktyabr 2026 17:14
Əli Məmmədov baş katib vəzifəsinə təsdiqləndi
26 Oktyabr 2026 16:26
5 marşrutun hərəkət sxemi dəyişdirildi
26 Oktyabr 2026 13:52
Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
26 Oktyabr 2026 13:34
Oktay Saral vəzifəsindən ayrıldı - RƏSMİ
26 Oktyabr 2026 13:21


Bakı -°C

