28 Noyabr 2023 15:17
960
SİYASƏT

"Başkənd bizimdir" deyən Abramyanın 8 anklav etirazı - ANALİZ 

Son 5 ildir izləyirəm. Ermənistanın siyasi simalarından olan ölkəsinin parlament deputatı, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan çox aktiv olanlardandır. Demək olar ki, iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər hər bir sahədə yeri gəldi, gəlmədi fikir bildirir, təklif verir, özünü "oda-közə" vurur.


O hətta bir dəfə açıqlama vermişdi ki, Ermənistan xarici siyasi vektorda dəyişiklik həyata keçirir, bu da geosiyasi intriqalara imkan yaradır:“Bölgədə intriqanı biz yaradırıq, sabitliyi biz pozuruq”
Növbəti dəfə Abramyan özü demiş, intriqa yaradır, sabitliyi pozmağa çalışıb.

Abramyan açıqlamasında, Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasını məqbul görmədiyini vurğulayır. Erməni mediası da deputaın "yalan-palan"dan yoğrulmuş sönük, əsilsiz "faktlar"ını bəh-bəhlə tirajlayır.


O , qeyd edib ki, Paşinyan 8 məşhur kəndin qaytarılmasından danışanda çoxları bunun hansı təhlükələr yaratdığını dərk etmir.
Deputat sonra başlayır söhbətin hansı "təhlükələr"dən getdiyini sırası ilə deməyə: “Birincisi, Azərbaycanın tələbləri qarşılıqlı razılaşmaları deyil, Ermənistana birtərəfli güzəştləri nəzərdə tutur".


Əvvəlcə deputatın 1-ci fikrinə iradımı oxucuların nəzərinə çatdırım:3 ildir, bütün savaş, təxribat, antiterror əməliyyatı və qarşıdurmalarda, eləcə də dəyirmi masalarda dəfələrlə uduzduqları elə bil heç umurlarında deyil. Sanki çalışırlar ki, qalib dövlətin səviyyəsində durub məsələlərin müzakirəsinə başlasınlar. Görəsən indiyənə qədər başlarına dəyən yumruqlar bunlara doğrudan təsir etməyib?


Abramyan deyir:"2-cisi Azərbaycanın nəzarətində olan ərazilər var, lakin Azərbaycan onları təslim və mübadilə üçün hazırlamır".


Dəfələrlə qeyd etmişəm ki, bu haylar qədər həyasız toplum yer kürəsində yoxdur. Hayların yazdığı qondarma tarixə deyil, dünya tarixinə nəzər salsaq görərik ki, Rusiyanın təşəbbüsü ilə 1813-1828-ci ildə Azərbaycan torpaqlarına sürülən hayların Qafqazda bir qarış torpaqları olmayıb. Özəlləşdirdikləri ƏRMƏN -qıpçaq  türk tayfalarının müsəlmanlığı qəbul etməmiş ağılsızlarını da özlərinə alət edib , torpaq davasına qalxıblar. İddia etdikləri, Başkənd kəndi sırf azərbaycanlılara məxsus olub və çar Rusiyası erməniləri 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan bura köçürüb və 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi hesab olunub.

Çəmbərək rayonun (Krasnoselo, Qırmızıkənd) tərkibinə verilib və adı da dəyişdirilərək Arsvaşen qoyulub. 1992-cü ilin avqustunda qüdrətli Azərbaycan ordusu ərazini ermənilərdən azad edərək, tarixi adını Başkəndə qaytarıb. Abramyan "Azərbaycanın nəzarətində olan ərazilər" deyəndə məhz Başkəndi nəzərdə tutur.


Araqarışdırıcı fikirlərinə davam edən "şərəfi olmayan" deputat 3-cü fikrini də ortaya qoyur: "Azərbaycanın məqsədi “8 erməni kəndi”nə nəzarət etmək deyil, Ermənistanın strateji kommunikasiyalarına nəzarət etmək və ölkəmizin həyat qabiliyyətini sıradan çıxarmaqdır".

 

İndi bu Hindistan tör-töküntüsünə necə başa sala bilərik ki, Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara,  Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. 

 İndi burdan Abramyana xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi geniş mətbuat konfransında (Paşinyan həmin mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qaraba­ğın da daxil olduğunu ilk dəfə etiraf etmiş­di–S.H.) bildirmişdi ki, anklavlar Azərbayca­nın ərazi bütövlüyünün bir hissəsidir. “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen daxildir. Anklav­lar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərə­fin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan son­ra Artsvaşen (Başkənd) Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”. 

 

 T. Abramyan, Paşinyan  dediyi kimi, Başkəndin "hüquqi aspekt hələ də öyrənilməlidir". Yəni öyrənildikdən sonra ortaya hansı mənzərə çıxacaq, bax onu da düşünməkdə fayda var!

P.S. Ermənistanda adi vətəndaşdan tutmuş ali vəzifədəki məmura qədər - hamısı o qədər xəstə təxəyyülə malikdirlər ki, bunları Məşədi İbad demiş yerə yıxıb ağzına-ağzına döyməkdən başqa çarə qalmır.  Son olaraq,  A.S.Qriboyedov Rusiya çarına göndərdiyi məktubda yazır: "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına izin verməyin. Onlar elə tayfadılar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlarki, bura bizim qədim dədə-baba torpaqlarımızdır".

Ay sizin külünüz göyə üfürülsün, bu xəstələri hardan canımıza saldınız!

Əntiqə Rəşid