01 Dekabr 2023 13:02
635
DÜNYA

Bayden: "Əlimizdə dünyanı dağıda biləcək kod var"

 ABŞ prezidenti Co Bayden Kolorado ştatında, CS Wind müəssisəsinin fəhlələri ilə görüşdə, onu müşayət edən mühavizəçilərdən birinin əlində olan avadanlığa işarə edərək deyib ki, "əlimizdə dünyanı dağıdacaq kod var". 

"Mənim dəniz piyadam əlində nəsə daşıyır, orada dünyanı dağıda biləcək kod var"- deyə ABŞ prezidenti bildirib.

Co Bayden sözlərinə aydınlıq gətirərək bildirib ki, söhbət nüvə silahından gedir. Lakin, New York Post qəzetinin jurnalistləri prezident Baydenin yumor hissini yersiz hesab edib. "Əgər prezident Bayden zarafat etmək istəyibsə belə, bu çox uğursuz alınıb"-deyə onlar qeyd ediblər.

Bayden əslində Rusiya prezidrnti Vladimir Putinin taktiki nüvə silahından istifadə edə biləcəyindən qorxduğunu bir daha nümayiş etdirib. Hələ iyun ayında, Koliforniyada olarkən bəyan etmişdi ki, o Rusiya liderinin nüvə silahından istifadə edə biləcəyindən qorxur. Rusiya lideri isə, dəfələrlə bəyan edib ki, taktiki nüvə silahlarından istifadə etmək niyyəti yoxdur. 

"Nüvə silahları bizim böyük mənada təhlükəsizliyimizin qorunması üçün istehsal edilir"- deyə bəyan edən Putin, vurğulayıb ki, Rusiyada olan bu cür silahların sayı NATO ölkələrində olan nüvə silahlarının ümumi sayından çoxdur.  

 Rusiya prezidentinin verdiyi bəyənatlar hər zaman özünü doğrultmur. Xatırlayıtıq ki, Vladimir Putin Ukrsynaya hücum ərəfəsində də, "Rusiya qardaş Ukraynaya hücum etməyəcək"- deyə, dünya ictimayətini aldatmışdı. 

ABŞ-ın dövlət katibi Entoni Blinken isə bəyan edib ki, Rusiyanın nevə silahından istifadə edə biləcəyi ilə bağlı hər hansı bir ehtimal yoxdur.

  Rüstəm Hacıyev