Bayden tələsir, Konqress qərar vermir
Konqress Ukrayna, İsrail və Tayvana maliyyə yardımı paketinin ayrılması ilə bağlı qanun layihəsini qəbul edərsə, ABŞ prezidenti onu dərhal imzalayacaq. Bu barədə Ağ Evin saytında məlumat verilir.
"Nümayəndələr palatası bu həftə kömək paketini qəbul etməlidir, senat isə tez bir zamanda onun kimi hərəkət edəcək və mən təcili Qanunu təsdiqləyəcəm"- deyə Co Bayden bildirib və əlavə edib ki, "ABŞ bununla da, nə İrana, nə də Rusiyaya üstünlük əldə etməyə imkan verməyəcək".
Xatırladırıq ki, Qanun layihəsində Ukraynaya 61 milyard dollar, İsrailə 26 milyard dollar, Hind-Sakit okean regionunda Çinin təhdidlərinin qarşısının alınması üçün Tayvana 8.12 milyard dollar maliyyə yardımı ayrılması nəzərdə tutulub.
Rüstəm Hacıyev
Digər Xəbərlər
01 May 2024 09:41
Çində magistral yol çökdü: ölənlər var - YENİLƏNİB
30 Aprel 2024 16:29"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski
30 Aprel 2024 16:26Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirdi
30 Aprel 2024 15:56Navalnı dünya tarixinin böyük qəhrəmanıdır - Saakaşvili
30 Aprel 2024 15:14