"Bayer Leverkuzen"in 51 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı
“Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Biz öz oyunumuzu göstərə bilmədik, çox gərgin idik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı olsa da, problemlərimiz var idi. Qol epizodları yarada bilmədik”.
Adalet.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı söyləyib: "Bu gün qalib gəlmək üçün əla şansımız oldu və əlimizdən gələni etdik, amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik: hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsnadır və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

