Bazar gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Digər Xəbərlər

Azərbaycanda palçıq vulkanı PÜSKÜRDÜ - YENİLƏNİB

Sevil Əliyeva "Şərəf" ordeni ilə təltif edildi - SƏRƏNCAM

Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir

SN "Böyük Qayıdış" çərçivəsində Xankəndidə müayinələr təşkil edib - FOTOLAR

Köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Bu gündən Azərbaycanda ov mövsümü başladı

“Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb
