Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimini izlədi - FOTOLAR
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Digər Xəbərlər
09 Noyabr 2025 17:15
Əziz Sancar Azərbaycan xalqını TƏBRİK ETDİ - VİDEO
09 Noyabr 2025 13:05
4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - VİDEO
09 Noyabr 2025 12:55
DTX Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - VİDEO
09 Noyabr 2025 09:35


Bakı -°C

