SN "Böyük Qayıdış" çərçivəsində Xankəndidə müayinələr təşkil edib - FOTOLAR
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərində sağlamlıq aksiyası təşkil edib.
Qarabağ bölgəsində mütəmadi baş tutan belə aksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə keçirilir. Eyni zamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar baş tutur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün ətraflı müayinələr təşkil edilib.
Aksiyada döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə diaqnostik müayinələr təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 320-ə yaxın Xankəndi sakini müayinədən keçiblər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39
Avtobus kiçik, interval böyük – Sakinlər narazılıq edir
07 Noyabr 2025 13:59
"Sovetski"də dövlət tərəfindən qorunacaq obyektlərin təyinatı məlum oldu
06 Noyabr 2025 14:35
Ailəvi istirahət mərkəzindəki quşlar aidiyyəti üzrə təhvil verildi
06 Noyabr 2025 14:33
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
06 Noyabr 2025 14:07


Bakı -°C

