Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv olacaq
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclası keçirilir.
Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Şuranın iclasında Bakıda keçirilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) hesabatı, bu il təşkil olunacaq BTİ-nin Səlahiyyətli Konfransına, həmçinin 2027-ci ildə nəzərdə tutulan Ümumdünya Radiorabitə Konfransına və Radiorabitə Assambleyasına hazırlıq müzakirə edilib. 2028 – 2031-ci illər üzrə Strateji və Maliyyə Planı və digər məsələlər də diqqət mərkəzində olub.
Azərbaycanın BTİ Şurasına 2027 – 2030-cu illər üzrə, eyni zamanda Azərkosmosun nümayəndəsinin Radio Tənzimləmə Komitəsinə üzvlük üçün namizədliyi təqdim olunub.
Şuranın iclası çərçivəsində nazir müavini Saməddin Əsədov BTİ-nin baş katibi Dorin Boqdan Martin ilə görüşüb. Görüşdə Azərbaycanda rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, mövcud əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nazir müavini Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan, Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dosjan Musaliyev və Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xiong Jijun ilə də ikitərəfli görüşlər keçirib.
Bu görüşlər Azərbaycanın rəqəmsal inkişaf sahəsində mövqeyinin beynəlxalq səviyyədə təqdim olunması, süni intellekt və innovasiya sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, BTİ Şurasının iclasından əvvəl nazirlərin qeyri-rəsmi görüşü keçirilib. Üzv dövlətlərin yeni texnologiyalardan istifadə imkanları, özəl sektorun iştirakının artırılması, maliyyələşmə modelinin təkmilləşdirilməsi, BMT ilə əməkdaşlığın yenilənməsi və digər məsələlər müzakirə edilib.
Digər Xəbərlər
29 Aprel 2026 12:22
BÖYÜK QAYIDIŞ: Daha 33 ailə Xocalının kəndlərinə qayıtdı
29 Aprel 2026 11:43
Bəzi rayonlara yağış, qar yağır - FAKTİKİ HAVA
29 Aprel 2026 10:41
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib
28 Aprel 2026 20:10
Çiyələyi nə vaxt yemək olar?
28 Aprel 2026 16:27
Qırmızı Bazara çatan növbəti ailələrə mənzillərin açarları təqdim olunub
28 Aprel 2026 15:31
Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib
28 Aprel 2026 13:08
Qaradağda dağılan körpü yenidən tikiləcək
28 Aprel 2026 12:39


Bakı -°C

