BDU-nun professoru vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitututun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunur ki, Rauf Cəfərov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.


Bakı -°C

