BƏƏ-də əsas neft emalı zavodu fəaliyyətini dayandırdı
Birləşmiş Ərəb Əmirliklərinin Ər-Ruvais şəhərindəki neft emalı zavodu pilotsuz təyyarənin hücumundan sonra ehtiyat tədbiri olaraq fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Adalet.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məkumata görə, söhbət Əbu-Dabi Milli Neft Şirkətinə məxsus infrastruktur obyektindən gedir.
"Ər-Ruvaisdəki neft emalı zavodu dron hücumunun yerləşdiyi sənaye zonasında yanğına səbəb olmasından sonra fəaliyyətini dayandırıb", - KİV mənbələrə istinadən yazıb.


Bakı -°C

