BƏƏ ilə Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Əbu-Dabi şəhərində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən komitə cari il sentyabrın 16-da BƏƏ Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış Azərbaycan və BƏƏ arasında Hərtərfli Strateji Tərəfdaşlıq əlaqələri Haqqında Birgə Bəyannamədən irəli gələrək yaradılıb. İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə Xarici İşlər Nazirliyində dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.
İclasın formatına uyğun olaraq ilk növbədə həmin komitənin tərkibindəki siyasi və diplomatik, iqtisadi, humanitar, müdafiə və hüquq-mühafizə, habelə enerji və dayanıqlılıq üzrə alt komitələrin görüşləri baş tutub. Bu çərçivədə aparılmış müzakirələr zamanı müvafiq istiqamətlər üzrə mövcud əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə dair təkliflər və mümkün layihələr nəzərdən keçirilib.
Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S. Al Hajeri arasında təkbətək görüş baş tutub. Daha sonra həmsədrlərin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələrinin, habelə hər iki ölkənin səfirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, alt komitələrin həmsədrləri irəli sürülmüş təkliflər və layihələr barədə məlumat veriblər. Həmsədrlər konkret nəticələrin əldə olunması məqsədilə müvafiq işlərin aparılması, o cümlədən yol xəritəsi və iş planlarının razılaşdırılaraq qəbul edilməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Bununla yanaşı, növbəti görüşlərin və ümumilikdə komitənin işinin modallıqları və təqvimi müəyyənləşdirilib.
İclas zamanı son dövrlər ərzində Azərbaycan-BƏƏ əlaqələrinin dinamik inkişafından böyük məmnunluq ifadə olunub.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.
İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
Digər Xəbərlər
28 Noyabr 2025 12:18
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi oldu - FOTOLAR
27 Noyabr 2025 16:23
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkənlər üzr istədilər
27 Noyabr 2025 12:52
Səhiyyə naziri I Beynəlxalq elmi-praktik konfransda çıxış edib - FOTOLAR
27 Noyabr 2025 11:17
Ombudsman BMT-də mina problemindən danışıb - FOTO
27 Noyabr 2025 11:06
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
27 Noyabr 2025 10:55
Pensiyalara ayrılan vəsaitlərdə artım gələn il davam edəcək - RƏSMİ
27 Noyabr 2025 10:54
“Dinimizi mövhumat quyusundan çıxarıb olduğu kimi camaata təqdim etmək istəyirik...”
27 Noyabr 2025 10:12


Bakı -°C

