Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində dörd nəfər ölüb – YENİLƏNİB

Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində azı dörd nəfər ölüb
İran raketi İsrailin cənubundakı Beer Şeva şəhərində yaşayış binasına düşüb.
Adalet.az xəbər verir ki, bu haqda İsrailin N12” telekanalı məlumat yayıb.
***
08:01
Zərbə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Bu arada İsrail ordusunun vətəndaşlarına çağırışı davam edir:
“Bir müddət əvvəl İrandan İsrail ərazisinə doğru atılan raketlər müəyyən edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir. Komandanlığının göstərişlərinə əməl etməyə davam edin”.
İranın hücumunun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.