24 Iyun 2025 10:36
147
DÜNYA

Netanyahunun ofisi atəşkəslə bağlı qərarını açıqladı

İsrail atəşkəsə razılaşıb, lakin istənilən pozuntuya sərt cavab verəcək.

Adalet.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi elan edib. 

"Əməliyyatın məqsədlərinə nail olunmasını nəzərə alaraq və ABŞ prezidenti Donald Trampla tam koordinasiya şəraitində İsrail onun ikitərəfli atəşkəs təklifi ilə razılaşıb", - Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.