04 Iyul 2024 09:56
260
DÜNYA

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

Belarus Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü oldu. 

Adalet.az xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində açıqlanıb. 

Qeyd edək ki, tədbirdə Qazaxıstan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, Əmirliyin əmiri Ras əl-Xaimah, Hindistanın Xarici İşlər Naziri, eləcə də ŞƏT-in baş katibi və ŞƏT-in Regional Antiterror Strukturunun İcraçı Direktoru iştirak edirlər.