Bələdiyyə seçkilərinin nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq - MSK sədri
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bütün nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər:
"70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. Min məntəqədə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya 30-u bütün nəticələri açıqlayacağıq".
MSK sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.
Digər Xəbərlər
20 Yanvar 2025 14:59
"Azərbaycanla bir olmağa davam edəcəyik" - Kurtulmuş
20 Yanvar 2025 14:25Şahin Mustafayev İrana gedəcək
20 Yanvar 2025 13:45Türkiyə Milli Müdafiə Nazirliyindən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM
20 Yanvar 2025 13:10ABŞ-ın Ermənistana birtərəfli dəstək faktlarını görürük - Nazir
20 Yanvar 2025 12:58