“Son 5 ildə reallaşan pozucu fəaliyyət Amerikanın dünyadakı imicini daha da zədələdi”
ABŞ-la Ermənistan arasında saziş imzalanması Bayden administrasiyasının desitruktiv, riyakar siyasətinin bariz göstəricisidir. Öz postunu tərk etməyə bir neçə gün qalmış ABŞ dövlət katibi Entoni Blinken yeni prezident Tramp üçün problemlər miras qoymaqdadır. Son 5 ildə reallaşan pozucu fəaliyyət Amerikanın dünyadakı imicini daha da zədələdi.
Bayden administrasiyası dövründə xalqların milli kimliyinin silinməsi istiqamətində pozucu fəaliyyət, eyni zamanda üzdəniraq ideyaların təbliği pik həddə çatdı.
Blinken dağıdıcı ideyaların dəstəkçisi olan sorosçu şəbəkənin təmsilçilərindən biri idi. Bu səbəbdən Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da var idi.
Bayden administrasiyası bütün regionlarda gərginliyin, qətliamların, ölkələrin parçalanıb dağılmasının, xalqların faciələr yaşamasının əsas səbəbkarıdır. Yaxın Şərqin, eləcə də Ukraynanın mənzərəsi göz önündədir. Bu qanlı-qadalı tablonun müəllifi Bayden Administrasiyası, ABŞ dövlət katibi Entoni Blinkendir. Bu dağıdıcı siyasətin nəticəsidir ki, bu gün ABŞ deyəndə yada idarəolunan xaos, böhran yada düşür. Cənubi Qafqaz regionu da son 5 ildə hədəfdə idi. Burada yeni münaqişə dalğası yaratmaq, sülh və təhlükəsizliyin formalaşmasına mane olmaq üçün müxtəlif ssenarilər hazırlandı. Müstəqil siyasət yeridən Azərbaycan üzərindən qurulan oyunlar baş tutmadığı təqdirdə Ermənistan və Gürcüstandan istifadəyə cəhd olundu. Gürcüstan da Azərbaycanın dəstəyi, eləcə də cəmiyyətin prinsipiallığı sayəsində bu iyrənc oyunlardan xilas ola bildi. Beləliklə, Blinkenin gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı fiaskoya uğradı. Lakin hər zaman boyunduruq altında olmağa adət etmiş Ermənistan bu oyunlarda alət kimi istifadə olundu. Qarabağ kartından istifadə edən Blinkeni təbii ki, nə Ermənistan, nə də erməni xalqı maraqlandırmırdı. O, Ermənistanı yeni müharibəyə cəsarətləndirməklə guya çoxillik münaqişəyə son qoyan siyasətçi kimi tarixə düşmək niyyəti güdürdü. Lakin Azərbaycanın öz məsələsini özü həll etməsi Blinkeni “oyundankənar vəziyyət”ə saldı. Postmünaqişə dövründə də onun riyakarlığı Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması və öz mövqelərini itirməsi ilə nəticələndi. Bu səbəbdən postunu təhvil verdiyi günə qədər iyrənc addımlarını davam etdirir.
Ermənistanla yeni imzalanan sənədə əsasən gömrük və sərhəd nəzarətinin gücləndirilməsi üçün göndəriləcək xüsusi qrupun sərhəddəki Avropa İttifaqının “mülki missiyası”ndan fərqlənmədiyi gün kimi aydındır. Amma Trampın hakimiyyəti dövründə vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidlər böyükdür.
Digər Xəbərlər
24 Yanvar 2026 09:12
ABŞ-nin vitse-prezidenti Azərbaycana gələcək
24 Yanvar 2026 09:11
Tramp İlham Əliyevə təşəkkür etdi
23 Yanvar 2026 19:23
XİN-də geniştərkibli kollegiya iclas keçirildi
23 Yanvar 2026 18:44
Azərbaycan–İspaniya əməkdaşlığı müzakirə olunub
23 Yanvar 2026 17:51
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
23 Yanvar 2026 17:42
İran üçün qorxulu ssenarisi - Amerikalı analitikdən SENSASİON YAZI
23 Yanvar 2026 17:22
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
23 Yanvar 2026 17:08


Bakı -°C

