10 Iyun 2025 17:50
403
İDMAN

Bellinqem "Borussiya Dortmund"a keçdi

Dortmund "Borussiya"sı "Sanderlend"in futbolçusu Cob Bellinqemin transferini rəsmiləşdirib.

Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Cob "Real"ın futbolçusu Cud Bellinqemin qardaşıdır.

Keçən mövsüm Cob Çempionşipdə 43 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.