Bərdədə ata kanalda batan qızını xilas edərkən boğuldu
Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.
Adalet.az xəbər verir ki, hadisə Nazirli kəndində baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov qızı, 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

