“Beşiktaş” 3 futbolçusu ilə yollarını ayıracaq
Türkiyənin “Beşiktaş” komandası üç futbolçusu ilə yollarını ayıracaq.
Adalet.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçilər Jan Onana, Aleks Oksleyd-Çemberleyn və müdafiəçi Artur Masuaku ilə vidalaşacaq.
A.Masuaku Yunanıstan klublarından birinə keçməyə yaxındır. J.Onananın məqsədi keçmiş komandası olan Fransa təmsilçisi “Lans”a qayıtmaqdır. Aleks Oksleyd–Çemberleyn isə İngiltərə və Şotlandiyadan təkliflər gözləyir.