"Qəza məsələsində Bakı ilə əməkdaşlığa hazırıq" - Türkiyəli nazir
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması məsələsində Ankaranın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, Ə.Uraloğlu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə telefon danışığında AZAL-ın təyyarəsində baş vermiş qəza ilə bağlı müzakirə aparıb.
Türkiyəli nazir Ankaranın bu məsələdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri də sosial şəbəkələrdə Azərbaycan və Qazaxıstana verdiyi başsağlığı mesajını paylaşıb.
Digər Xəbərlər
26 Dekabr 2024 20:00
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb
26 Dekabr 2024 16:20Kadırov təyyarə qəzası ilə bağlı tapşırıq verdi
26 Dekabr 2024 12:55"Suriyanın parçalanmasına icazə verilə bilməz" - Lavrov
26 Dekabr 2024 12:22Qazaxıstan SN: Xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşulub
26 Dekabr 2024 11:40