26 Dekabr 2024 12:55
171
DÜNYA

"Suriyanın parçalanmasına icazə verilə bilməz" - Lavrov

"Suriyanın parçalanmasına icazə verilə bilməz, baxmayaraq ki, bəziləri bunu çox istəyir".

Adalet.az xəbər verir ki,  bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. 

Lavrov vurğulayıb ki, İsrail öz məsuliyyətini dərk etməlidir. Nazir həmçinin əlavə edib ki, ABŞ Suriyanın şərqində separatizm meyllərini dəstəkləyir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Suriyadakı hadisələrdən  əsas faydalanan tərəfin İsrail olduğunu bildirmişdi.