Qəzanın baş verdiyi yerdə fövqəladə vəziyyət tətbiq edildi
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Çingiz Arinov Aktauya gedib.
Adalet.az xəbər verir ki, Qazaxıstan FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə işlərinə 482 nəfər, 97 texnika, 2 təyyarə və 4 kinoloji briqada cəlb olunub.
Hadisə nəticəsində 3-ü uşaq olmaqla yaralanan 29 nəfər xəstəxanaya yerləşdirilib.
Bunlardan: 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır, 3 nəfərin vətəndaşlığı dəqiqləşdirilir.
Tüpkaraqan rayon akiliyinin əmri ilə yerli fövqəladə vəziyyət tətbiq edilib.
Digər Xəbərlər
25 Dekabr 2024 19:36