Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunun iş rejimində dəyişiklik edilməyəcək”
Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı “Bakı Metropoliteni” QSC-nin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
Adalet.az xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 ərəfəsində Bakıya gələcək qonaqların sayı kifayət qədər çox olacaq: “Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq. Hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir. COP29 dövründə həm qonaqların, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.
Digər Xəbərlər
29 Mart 2026 18:04
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
29 Mart 2026 15:07
Prezident Cəmil Əliyevi təltif etdi
28 Mart 2026 22:00
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
28 Mart 2026 16:10
Bəzi ərazilərdə kollektorlarda problemlər yaranıb - BŞİH
28 Mart 2026 13:24
Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11


Bakı -°C

