"Beynəlxalq məhkəməyə müraciət Bakının haqqıdır" - Peskov AZAL təyyarəsindən danışdı
"Rusiya tərəfi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir. Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökm gözləyəcək".
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
"İstintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz bütün davam edən istintaq və proseslərdən rəsmi hökm gözləyəcəyik",- Peskov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək, bunun üçün müəyyən sənədlər hazırlanır.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb.Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Digər Xəbərlər
14 Dekabr 2025 09:38
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33


Bakı -°C

