Suriya hökuməti Hələbə nəzarəti tamamilə ələ aldı
Suriya Demokratik Qüvvələri (SDQ) Hələb şəhərindən tamamilə çıxarılaraq avtobuslarla ölkənin şimal-şərq bölgələrinə təxliyə edilib.
Adalet.az xəbər verir ki, bu barədə Hələb qubernatoru bəyanat yayıb.
Qubernatorun sözlərinə görə, bununla da Suriya hökuməti, sabiq prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra ilk dəfə olaraq Hələbə tam nəzarəti bərpa edib.
Buna baxmayaraq, bölgədə gərginlik və zorakılıq riski hələ də qalmaqdadır. Son silahlı qarşıdurmaların əsas səbəbi SDQ qüvvələrinin dövlət institutlarına inteqrasiya edilməsi prosesinin uğursuzluğa düçar olmasıdır.
Xatırladaq ki, ötən ilin mart ayında Dəməşq rəhbərliyi ilə SDQ arasında "tarixi" adlandırılan razılaşma əldə edilmişdi. Sənədə əsasən, qruplaşma 2025-ci ilin sonuna qədər hökumət qüvvələrinə və rəsmi strukturlara birləşməli idi. Artıq yeni təqvim ili başlasa da, qoyulan son müddət nəticəsiz başa çatıb və şərtlər yerinə yetirilməyib./Teleqraf
Digər Xəbərlər
11 Yanvar 2026 20:11
“Artıq sizə neft də, pul da yoxdur” - Tramp
11 Yanvar 2026 20:10
Ukrayna Xəzərdə "Lukoyl"a məxsus platformaları VURDU
11 Yanvar 2026 20:05
Oğlu Maduronun həbsxanadan mesajını çatdırdı
11 Yanvar 2026 16:25
İrana xaricdən terrorçular gətiriblər - Pezeşkian
11 Yanvar 2026 15:45
Ukraynada hərbi xidmətə çağırışla bağlı qaydalar sərtləşdirlir
11 Yanvar 2026 15:31
İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər
11 Yanvar 2026 15:25
Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
11 Yanvar 2026 15:20


Bakı -°C

