BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
Birləşmiş Millətlər Təşkilatı müflisləşmə təhlükəsi ilə üz-üzədir və iyul ayına kimi maliyyə ehtiyatları tükənə bilər.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio Quterreş xəbərdarlıq edib.
BMT-nin baş katibi Antonio Quterreş ölkələri ödənişlərini vaxtında həyata keçirməyə çağırıb. Baş katibin sözlərinə görə, BMT üzv dövlətlərin bəzilərinin məcburi töhfələrini tam şəkildə ödəməməsi, digərlərinin isə vaxtında ödəməməsi səbəbindən xroniki büdcə problemləri ilə üzləşir, bu isə təşkilatı işə qəbul prosesini dayandırmağa və ixtisarlar etməyə məcbur qoyur.
“Ya bütün üzv dövlətlər öhdəliklərini tam və vaxtında yerinə yetirməli , ya da üzv dövlətlər gözlənilən maliyyə çöküşünün qarşısını almaq üçün maliyyə qaydalarımızı köklü şəkildə yenidən nəzərdən keçirməlidirlər,” – Quterreş bildirib
BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda təxminən 1,6 milyard dollar məbləğində ödənilməmiş töhfələr qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur, hərçənd 150-dən çox üzv dövlət öz ödənişlərini həyata keçirib.
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15
ABŞ mülki təyyarələrlə Yaxın Şərqə silah daşıyır - İranda gərginlik
31 Yanvar 2026 14:08


Bakı -°C

