adalet.az header logo
  • Bakı -°C
31 Yanvar 2026 16:43
76
MƏMLƏKƏT
A- A+

Küləklə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti fevralın 1-i və 2-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Adalet.az xəbər verir ki, xəbərdarlıq Azərbaycanın geniş bir hissəsini, o cümlədən qərb, şimal və cənub bölgələrini əhatə edir.

Məlumata görə, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.