"Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır"
Orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır.
Adalet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
Akademik qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin qurulmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.
“Bu prosesdə Koordinasiya Mərkəzinin yaradılması xüsusi rol oynayıb. Nəticədə bu gün ölkəmizdə ürək transplantasiyası kimi yüksək peşəkarlıq və texnoloji imkanlar tələb edən əməliyyatları icra edə bilən peşəkar tibbi komanda mövcuddur”, – deyə Əhliman Əmiraslanov vurğulayıb.
Komitə sədri bildirib ki, indiyədək iki ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir, lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, transplantasiya sisteminin dayanıqlı inkişafı üçün tibbi heyətin, koordinasiya strukturlarının və aidiyyəti qurumların birgə fəaliyyəti əsas şərtdir.
Digər Xəbərlər
23 Fevral 2026 12:34
Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın artıb
23 Fevral 2026 11:42
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
22 Fevral 2026 16:16
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
21 Fevral 2026 10:00
Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11


Bakı -°C

