Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
Ramazan ayının ilk imsak həyəcanı yaşanarkən, uzun sürən aclıq saatlarına hazırlıq da böyük əhəmiyyət kəsb edir. Gün boyu enerjili qalmaq və aclıq hissini daha gec yaşamaq üçün imsakda seçilən qidalar həlledici rol oynayır.
Adalet.az diqqətə çatdırır ki, mütəxəssislər ağır və duzlu yeməklər əvəzinə, həzmi asan, balanslı və tox saxlayan alternativlərin seçilməsini tövsiyə edirlər. Xüsusilə həm çəkiyə nəzarəti qorumaq, həm də gün ərzində halsızlıq yaşamamaq istəyənlər aşağı kalorili, lakin qidalandırıcı reseptlərə üstünlük verirlər.
Ramazanda imsak üçün həm yüngül, həm də tox tutan alternativ axtaranlar üçün bu resept ön plana çıxır. Banan, yulaf, bal, qoz və kefirlə hazırlanan içki zülal, lif və sağlam yağ tərkibi sayəsində uzun müddət toxluq hissi yaradır.
Banan təbii şəkər və kalium mənbəyi kimi enerji verir, yulaf isə yüksək lif tərkibi ilə həzmi ləngidir. Qozun tərkibindəki sağlam yağlar toxluq müddətini uzadır, bal isə ölçülü istifadə olunduqda əlavə enerji dəstəyi verir. Kefir isə həm zülal, həm də probiotik tərkibi ilə həzm prosesini dəstəkləyir.
Hazırlanması üçün bütün ərzaqları blenderdən keçirmək kifayətdir. İstəyə görə, bir neçə parça buz əlavə edərək içkinin daha sərin və təravətli konsistensiya almasını təmin etmək mümkündür.
Digər Xəbərlər
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07
Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? - VİDEO
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15


Bakı -°C

