Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
Hazırda Türkiyədə Anadolu Sağlıq Mərkəzində müalicə alan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasın kursantı Rəşad Həsənovu yerli polisin nümayəndələri ziyarət edib.
Adalet.az xəbər verir ki, Kocaeli İl Emniyyet Müdürlüyü, Çayırova İlçe Emniyyet Müdürlüyünün nümayəndələri R.Həsənovun müalicə aldığı xəstəxanada olublar. Nümayəndə heyəti onun sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıblar və ona şəfa diləyiblər. Eyni zamanda, bundan sonra da müalicə prosesini nəzərətdə saxlayacaqlarını bildiriblər.
Kursantımızın valideynləri göstərilən diqqət və qayğıya görə, qardaş ölkənin polis yetkililərinə öz minnətdarlıqlarını bildiriblər. Atası Adil Həsənov nümayəndə heyətinə məlumat verib ki, övladı Aplastik anemiyadan əziyyət çəkir və yeganə müalicə yolu ilik köçürülməsidir. Bu səbəbdən də hazırda donor axtarışı və digər müalicə prosesdurların həyata keçirildiyini vurğulayıb.
Kursantın valideyni onu da nəzərə çatdırıb ki, DİN Polis Akademiyasının rəhbərliyi daim müalicənin gedişatı ilə maraqlanır.
Digər Xəbərlər
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14
Təzyiqin səbəbləri BUNLAR ola bilər
30 Mart 2026 23:00


Bakı -°C

