Sevda Həsənova evə buraxıldı
ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Adalet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib.
“1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-də ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-də 12:10 radələrində RNX-yə hospitalizasiya olunub. Zəruri instrumental-diaqnostik müayinələrdən sonra fevralın 6-da pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi Baş-beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

