Altı aydır ki, ət yemirik...
Son bir neçə ildə ölkəmizdə dana , qoyun və quzu ətinin qiyməti bir neçə dəfə artıb.Çox uzağa getməyək, elə bir il bundan qabaq dana ətinin bir kilosu 15 manat idi. Və təbii ki, onu da çox adam ala bilərdi.
Amma indi dana ətinin bir kilosu 17 manat 50 qəpik, quzu əti isə 22 manatdır.Qiymətlər bahalaşdıqca ətin alıciları da azalır.Bir qəssab xeyir ki, əvvələr hər gün 120-130 kiloqram çəkisi olan dana əti satırdım.Ancaq indi o çəkidə dananı kəsirəm heç 50 kilo ət sata bilmirəm.
Bir dananın ətini 3-4 günə satıram. Çünki alıcılar çox azalıb.Camaatda vallah, pul yoxdu. Bir ailə tanıyıram , altı aydır ki, evlərində ət bişmir.Qabaqlar gəlib, məndən nisyə ət alırdılar.Borcu qaytarmadıqlarına görə tay utandıqlarından gəlmirlər.
Əvvəlki borcların veriblər ey! Sadəcə indi utanıb , nisyə ət almırlar. Düz altı aydır onların evində ət bişirilmir. O günü öyrənmişəm ki, həmin adam imkanlı bir qohumu var, 10 kilo ət alıb onlara verib. Həmin güdən onların evində toy- bayramdır. İmkanlı qohumu deyib ki, qəm eləməyin, hər ay sizin evə ət göndərəcəyəm! Kaş, bütün imkanlı adamlar belə mərhəmətli olaydılar. Bax onda çox adam çətinlik çəkməz, həmişə qazanı qaynayar və balaları doyunca yemək yeyərdilər!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

