14 Oktyabr 2025 15:19
105
ŞOU-BİZNES

"Bəzi travması olan insanlara səslənirəm..." - Namiq həmin görüntülərdən danışdı

Bir müddət əvvəl toyların birində içkili şəxsin Xalq artisti Aygün Kazımovaya yaxınlaşması və müğənni Namiq Qaraçuxurlunun reaksiya verməməsi müzakirələrə səbəb olmuşdu.

Adalet.az xəbər verir ki, bunun fonunda Namiq Qaraçuxurlu sosial şəbəkə hesabından açıqlama yayıb.  

"Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir . Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi. Belə bir adamı sosial şəbəkələrdə az qala “terrorist “ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb  kənardan “orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər. Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm. Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm.Kaş ki taleyiniz belə olmazdı.Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram. Və sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin", - deyə sənətçi qeyd edib.