Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.
Səhər saatlarından Bakıda və Abşeron yarımadasında da yağış yağması müşahidə olunur.
Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.
Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı, Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 27, Aran rayonlarında 23, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Digər Xəbərlər
20 May 2026 20:32
Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTOLAR
20 May 2026 20:28
Xarici media nümayəndələri üçün mediatur təşkil edildi - FOTOLAR
20 May 2026 17:36
"Dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır" - DMX rəisi
20 May 2026 16:37
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
20 May 2026 16:21
"Bakıda ağacların uçotu sistemi tətbiq edilib" - Umayra Tağıyeva
20 May 2026 16:01
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
20 May 2026 15:44
Səhiyyə Nazirliyi Travmatologiya İnstitutunun statistikasını açıqladı
20 May 2026 15:04


Bakı -°C

