Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq
Dünyada mövcud olan mədəni kimlik və dəyərlərin yox olmamasını arzu edirik, biz bunun üçün çalışırıq.
Adalet.az xəbər verir ki, bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan IV Milli Yaylaq Festivalının açılışında jurnalistlərə açıqlamasında deyib.
B.Ərdoğan beynəlxalq səviyyədə bərabərliyin vacibliyinə diqqət çəkib.
“Bu tablonu can Azərbaycanda çox bariz şəkildə görmək mümkündür. Azərbaycanda türk dünyasının dörd yanından gələn ailələrin bir yerdə olmasını, yaşamasını, birlik göstərməsini görməkdən məmnunluğumuzu ifadə edirik. Bu mənada, Prezident İlham Əliyevə milli idman növlərinə və mədəniyyətə sahib çıxdığı üçün təşəkkürlərimi bildirirəm”, - o deyib.
B.Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığını Milli Yaylaq Festivalında da görmək mümkündür.
“Mən azərbaycanlıyam, mən türkəm deyən hər bir gəncin öz milli dəyərlərinə sahib çıxmasını arzu edirəm. Biz nə zaman bir olmuşuqsa, o zaman düşmənlərimiz bizdən qorxmuş, çəkinmişdir. Necə ki Qarabağ Zəfəri qardaşlığımızın bariz nümuməsidir, bundan sonra da türk və müsəlman dümyasının qardaş olması, bir olması vacibdir”, - o əlavə edib.
Digər Xəbərlər
31 Dekabr 2025 15:40
İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib
31 Dekabr 2025 13:45
Rusiya–Ukrayna müharibəsinin diplomatik həlli yoxdur - Politoloq
31 Dekabr 2025 10:10
XİN Həmrəylik Günü və Yeni il münasibətilə paylaşım edib
31 Dekabr 2025 10:00


Bakı -°C

