Nazirlik yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına görə əhaliyə təkrar müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.
Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
Digər Xəbərlər
03 Aprel 2026 11:21
Dövlət Xidməti 34 nəfər barəsində prokurorluğa müraciət etdi - 1 əməkdaş işdən çıxarıldı
03 Aprel 2026 11:15
Novruz Məmmədov işdən çıxdı
03 Aprel 2026 10:29
Martda 91 nəfər zəhərlənib
03 Aprel 2026 10:24
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda birgə təlim keçir - VİDEO
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 16:57
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50


Bakı -°C

