Bir qrup uşaq Ukraynanın nəzarətindəki ərazilərə qaytarılıb
Xerson vilayətinin müvəqqəti işğal altında olan ərazilərindən bir qrup uşaq Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.
Adalet.az xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün “Telegram” kanalında bildirib.
Prokudinin sözlərinə görə, geri qaytarılanlar 7-dən 14 yaşadək oğlan və qız uşaqlarıdır.
“Bu gün həmin uşaqlar artıq azad Ukrayna torpağında təhlükəsizlikdədirlər, ailələri ilə birgə yardım və dəstək alırlar, onların sənədləri bərpa olunur və psixoloji reabilitasiya keçirlər”, – Aleksandr Prokudin vurğulayıb.
O qeyd edib ki, uşaqların geri qaytarılması Ukrayna Prezidenti tərəfindən irəli sürülmüş "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində və “Save Ukraine” xeyriyyə təşkilatının dəstəyi ilə həyata keçirilib.
Eyni zamanda, “Reuters“ agentliyinin Yele Universitetinin hesabatına istinadən yaydığı məlumatda Rusiyanın ukraynalı uşaqları saxladığı 210-dan çox yerin müəyyən olunduğunu və indiyədək Rusiyanın təxminən 35 min ukraynalı azyaşlını qanunsuz olaraq ölkədən çıxardığı bildirilir.
Rusiya tərəfi isə uşaqları onların iradəsinə zidd olaraq apardığını inkar edir və onları döyüş bölgəsindən təhlükəsizliyə görə könüllü şəkildə təxliyə etdiyini iddia edir.
Digər Xəbərlər
20 Sentyabr 2026 16:02
Rusiyada ayı 2 nəfəri parçaladı
20 Sentyabr 2026 14:10
İran Hörmüzlə bağlı son qərarını açıqladı
20 Sentyabr 2026 13:36
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28


Bakı -°C

