"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
"Müxtəlif illərdə qəbul edilmiş sahibkarlığa dair qanunları bir yerə toplayıb, çox mükəmməl Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirəm. Yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin, Bank Məcəlləsinin də qəbul edilməsi çox məqsədə uyğun olar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 31 il bundan qabaq qəbul edilib:
"Onun reallaşma mexanizmi çox zəifdir və hesab edirik ki, zəif olduğuna görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir. Məsələn, vətəndaşın nəsə alanda onu 14 gün ərzində qaytarmaq yaxud da dəyişmək hüququ var. Bu hüquqdan çox təəssüflər olsun ki, vətəndaşların çoxu bir sıra hallarda istifadə edə bilmir. Hesab edirəm ki, istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün istehlakçıların hüquqlarının qorunmasına dair müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədə uyğun olar".
Digər Xəbərlər
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38


Bakı -°C

