BİR YOL DA MAŞINLAR ÜÇÜN ÇƏKSƏYDİLƏR YAXŞI OLARDI
Deməli, küçələrdə velosipedçilər üçün yol ayırdılar, avtobuslar üçün də yol ayırdılar. Yaxşı olar ki, bir yol da maşınlar üçün ayıraydılar, camaat tıxacda stress keçirməzdi.
Deyəcəksiz Londonda da tıxac olur, «Qarabağ» komandası da iki saat yarım tıxacda qalıb.
Əslində Londondakı həmin tıxac qəsdən yaradılmışdı ki, «Qarabağ»ın futbolçuları oyundan qabaq stress keçirsinlər. Biz hər gün tıxacda keçirdiyimiz stressdən xəbərdar olduğumuza görə, görün onda «Qarabağ»ın oyunçuları nə çəkib?