"Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər?" - Deputat
“Azərbaycanda smartfonların qiyməti Avropadan, Dubayda çox bahadır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, xaricdə bu telefonların qiyməti 900-1000 dollardısa, Azərbaycanda qiymət 1500 dollardan başlayır:
“Qiymət qalxsın 50-100, 200 dollar. Birdən-birə bu qədər baha olamsı...Dələduzlar da İMEİ-kodun dəyişdirilməsi kimi yollara əl atırlar. Ölkəyə gətirilən telefonların üzərinə İMEİ kodların qeydiyyatı üçün əlavə də 150 manat gəlir. Bu 150 manat rüsumu azaldıq ki, insanlara da yük olmasın. Aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalıdır”.
Deputat İstanbul hava limanında üzləşdiyi mənzərə barədə danışıb: “Məni ən çox narahat edən məqamlardan biri də budur ki, İstanbul hava limanından Bakıya, Gəncəyə uçanda vətəndaşlarımız bir-biri yaxınlaşıb, deyirlər ki, xahiş edirəm bu telefonu keçirin. İnsanın özü də utanır. Deməli, bu insanları biz məcbur etmişik ki, belə bir vəziyyət yaranıb. Qiymətləri aşağı salmaq lazımdır, nəzarət etmək lazımdır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər? İnsanları da düşünsünlər”.
Digər Xəbərlər
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35


Bakı -°C

