Biri bu katolikosa desin ki, özünü çox da gücə salma, karvan keçib...
Yəqin ki, xəbəriniz oldu: Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.
Onu da dəqiq bilirsiniz ki, tarixi Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistan dini, mədəni abidələrimizi :məscidləri, ocaqları, pirləri, ziyarətgahları dağıdıb. Bununla ürəyi soyumayıb, Azərbaycanın xristian sivilizasiyasına aid olan Alban kilsələrini də ya yerlə yekan edib, ya da, restavrasiya edərək erməniləşdirib. Qarabağda yerləşən və Qafqaz Albaniyası dövrünə aid olan Alban abidələri ermənilər tərəfindən dağıdılması, tarixi görünüşü dəyişdirilərək erməniləşdirilməyə çalışılması da beynəlxalq elmi konfransın əsas mövzusu olub.
Di gəl ki, gözləri uydurma, mənasız ideologiyalardan, məhvə aparan ədavət hissindən başqa heç nəyi görmək qüdrətində olmayan erməni toplumu bu konfransın baş tutmasına bərk narahat olub, etiraz ediblər.
Beləki, 11 aprel 2025-ci il Böyük Kilikiya evinin katolikosu I Aram , Vatikanın Şərqi Katolik Kilsələri İcmasının baş prefekti, kardinal C. Kijerotiyə məktub ünvanlayıb. I Aram Vatikanın Qriqorian Universitetində keçirilən “Azərbaycanda Xristianlıq” adlı konfransla bağlı etirazlarını bildirib.
Katolikos deyib ki, müzakirə olunacaq mövzular və məruzəçilər, xüsusilə də erməni kilsəsi ilə bağlı mövzular ilə bağlı yuxarıda adı çəkilən konfransın birtərəfli təşkili və erməni mütəxəssislərin orada iştirak etməməsi tarixi həqiqətə qarşı açıq-aşkar ədalətsizlikdir. Daha sonra “qədim erməni irsi”, ilk xristian ermənilər və onların kilsələri arasında sıx əlaqələr”, eləcə də “Artsaxda erməni kilsəsinin fəal və mütəşəkkil mövcudluğu” kimi uydurma iddialardan danışaraq xeyli çərənləyir. Həmin məktubda həmçinin “Artsaxın erməni xalqının soyqırım siyasəti nəticəsində Azərbaycan hakimiyyətinin təşkil etdiyi məcburi deportasiya” fikrini də məktuba soxuşdurub.
I Aram eyni zamanda, Artsax erməniləri ilə bağlı məsələlərə Vatikan hakimiyyətinin göstərdiyi müsbət yanaşmanı vurğulayaraq, “əminik ki, Vatikan hakimiyyəti yuxarıda qeyd olunan konfransın birtərəfli və qeyri-dəqiq yanaşmalarını bölüşməyəcək” deyərək məktubuna yekun vurub.
Qeyd edək ki, Böyük Kilikiya evinin katolikosu I Aram ABŞ -ın yeni prezidenti D.Trampın etimadını qazanmaq üçün ona da məktub ünvanlamışdı. O, Donald Trampdan Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin azad olunmasında kömək göstərməsini xahiş etmişdi. Bölgə ermənilərinin “vətənlərinə qayıtmaları hüququnun” təminatı üçün təkidli davranmağa çağırmış, “təcavüzün qarşısının alınması üçün” Azərbaycana təzyiq göstərilməsi istəmişdi.
Hələlik Tramp nə katalikosa cavab verib, nə də katolikosun ittihamları ilə bağlı Azərbaycana bir söz deyib.
P.S. biri Böyük Kilikiya evinin katolikosu I Aram a başa salsın ki, özünü bu qədər zora, gücün altına salmasın... Atalarımız demiş it hürüb, karvan da keçib. Yəni, mənasız işlərlə məşğul olmasın...
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Noyabr 2026 18:37
Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
04 Noyabr 2026 18:28
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 17:25
Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15


Bakı -°C

