Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 20-də Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcəklər.
Digər Xəbərlər

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Leyla Əliyevadan uşaqlarla bağlı PAYLAŞIM - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Mehriban Əliyevadan Uşaqlar Günü PAYLAŞIMI - FOTO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda

Bu lampalara görə 5 min cərimələnəcəksiz
