Komitə növbəti fləşmobu məşhur mahnıya həsr etdi - VİDEO

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində musiqili fləşmob təşkil edib.
Adalet.az xəbər verir ki, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında sözləri və musiqisi mərhum bəstəkar, özü də əslən Füzulidən olan Bəhram Nəsibova məxsus məşhur “Anadır arzulara hər zaman Qarabağ” mahnısı səsləndirilib. Onları yerli gənc musiqiçilərdən ibarət ansambl müşayiət edib. Sakinlər səmimi və təsirli ifanı böyük rəğbət hissi ilə qarşılayıb və alqışlayıblar.
Fləşmobun əsas məqsədi azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramına ictimai diqqəti artırmaq, vətəndaşlarımızın doğma torpaqlara dönüş sevincini paylaşmaq və yeni həyatın başlanğıcına ruh yüksəkliyi qatmaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq icra edilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köçürülmə prosesi mərhələli şəkildə davam etdirilir. Fləşmob haqqında videoçarxı təqdim edirik.
Digər Xəbərlər

Bu il 64 uşaq ailələrinə qaytarılıb

Vilayət Eyvazov qəbul və sıra baxışı keçirdi - 37 müharibə iştirakçısı polisə qəbul olundu - FOTOLAR+VİDEO

Bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq

Sabah 29° isti olacaq

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ
jpg-1748847616.jpg)
Uşaq qatillərinin Xankəndidə “Sülh göyərçinli qız” heykəli: Aqibət

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib
