Mehriban Əliyeva Perinatal Mərkəzdə oldu -FOTOLAR

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.
Adalet.az bildirir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verdi.
Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.
Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olundu.
Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edildi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.
Digər Xəbərlər

Döymə dəri xərçənginə səbəb ola bilər
jpg-1741080993.jpg)
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospitalı tanımırdınız?

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

Qaraciyər xəstəliyinin dörd gizli əlaməti

"Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur" - Deputat

Ramazanda yanlış qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər

Tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi açıqlanıb - YENİLƏNİB
