03 Mart 2025 09:21
191
SAĞLAMLIQ

İmişlidə 4 yaşlı uşaq antibiotikdən öldü

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

    Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.

    Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.