Zelenski bu şərtlə Ağ Evə qayıda bilər

“Volodimir Zelenski Ukrayna ilə bağlı sülh razılaşmasının detallarını müzakirə etməkdən imtina etdiyi müddətcə, Oval kabinetə qayıda bilməz”.
Adalet.az xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Sülh razılaşmasının detallarını müzakirə etməkdən imtina edərək Oval kabinetə və yaxud başqa bir yerə qayıda bilməyəcəksiniz”, - deyə Vens bildirib.
Onun sözlərinə görə, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşü zamanı sülh prosesində iştirak etməmək niyyətini nümayiş etdirib.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib. Bu gün isə Donald Trampın Ukraynaya hərbi yardımı dayandırdığı məlum olub.
Digər Xəbərlər

Serbiya parlamentində insident - VİDEO - YENİLƏNİB

Peskov: ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırıq

Trampın Ukraynaya hərbi yardımı dayandırmasına Rusiyadan ŞƏRH

İlon Mask Zelenskiyə ölkəni tərk etməyi məsləhət gördü

Mask növbəti dəfə Ukrayna liderinə çağırış etdi

ABŞ Çin məhsullarına rüsumları artırdı

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi
